MM Komitə sədri: “Tütündən istifadənin məhdudlaşdırılmasına dair qanunun icrası yetərli səviyyədə deyil”

MM Komitə sədri: “Tütündən istifadənin məhdudlaşdırılmasına dair qanunun icrası yetərli səviyyədə deyil”
# 09 sentyabr 2020 11:22 (UTC +04:00)

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olunsa da, bunun icrası yetərli səviyyədə deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, hətta məktəblərin yanında da tütün məlumatlarının satılması hallarına rast gəlindiyi barədə millət vəkilləri çıxışlarında qeyd edirlər: “Bu məsələ ilə bağlı araşdırmalar aparılır və noyabr ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı Milli Məclisdə dinləmə təşkil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR