MM-in Aqrar siyasət komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

MM-in Aqrar siyasət komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
# 22 yanvar 2021 18:20 (UTC +04:00)

Yanvarın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Tahir Rzayev 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib.

Qeyd edilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib və 8 məsələ müzakirə edilib.

Tahir Rzayev vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 82 ərizə, məktub və müraciət daxil olub, qeyd edilən problemlərlə bağlı müəyyən müraciətlər aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.

Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planı müzakirə edilib. Tahir Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi və digər vacib qanunlar üzərində iş davam etdiriləcək.

Komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov çıxış edərək işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının, heyvandarlığın inkişaf etdirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması ilə bağlı təkliflərini səsləndiriblər.

Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitənin digər üzvləri - Sabir Hacıyev, Müşfiq Cəfərov, Eldəniz Səlimov, Emin Hacıyev də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR