Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin dövlət katibi: “Gəncədə mülki əhaliyə qarşı hücumların şahidi olduq”

Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin dövlət katibi: “Gəncədə mülki əhaliyə qarşı hücumların şahidi olduq”
# 11 aprel 2021 16:23 (UTC +04:00)

“Ürək ağrısı ilə Gəncədə mülki əhaliyə qarşı hücumların şahidi olduq, bütün bunlar təəssüf doğurur”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray bildirib.

Peter Sztaray deyib ki, Macarıstanın Azərbaycanla çox sıx əlaqələri, strateji münasibətləri var: “Macarıstan xarici işlər naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub. Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Çox şadam ki, sülh bərqərar olub. Bu gün Qarabağ bölgəsində də olduq. Ümid edirəm ki, yaxın vaxtlarda Qarabağda yenidənqurma işləri uğurla aparılacaq, regionda sülh bərqərar olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR