Magistraturaya sənəd qəbulu başa çatıb

Magistraturaya sənəd qəbulu başa çatıb
# 19 fevral 2021 10:16 (UTC +04:00)

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib.

Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 19764 olub, onlardan 18026-sı Azərbaycan, 1738-i rus bölməsindəndir.

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR