Magistraturaya sənəd verən 13857 bakalavr ərizəsini təsdiq edib

Magistraturaya sənəd verən 13857 bakalavr ərizəsini təsdiq edib
# 16 fevral 2021 17:26 (UTC +04:00)

Magistraturaya sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23.59-dək davam edəcək.

Bu gün saat 17:10-a olan məlumata əsasən, 13857 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 12632; rus bölməsi - 1225).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərlər.

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR