Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb
# 11 fevral 2021 12:34 (UTC +04:00)

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verən bakalavrların sayı açıqlanıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, bu gün saat 12.30-a olan məlumata əsasən, ümumilikdə 3610 bakalavrın sənədi təsdiq edilib, onlardan 3254-ü Azərbaycan, 356-sı isə rus bölməsindəndir.

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR