Mais Ağayev: “İctimai nəqliyyatda şəffaf arakəsmələrin quraşdırılması müzakirə olunur”

Mais Ağayev: “İctimai nəqliyyatda şəffaf arakəsmələrin quraşdırılması müzakirə olunur”
  • Clock-gray 16:43
  • calendar-gray 10 Aprel 2020

“Hazırda avtobus sürücülərinin koronavirusla bağlı test olunması məsələsi müzakirə olunmur. Onlar da risk qrupuna daxildir, gündəlik yüzlərlə, minlərlə adamla qarşılaşırlar. Ancaq onların təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda sürücülərlə sərnişinlər arasında şəffaf arakəsmələrin olması məsələsi müzakirə olunur:

“Eyni zamanda, qeyd edim ki, sürücülər hər gün səhər müvafiq yoxlamadan keçirilir, bədən hərarəti və qan təzyiqi yoxlanılır. Hələ ki, hər hansı problemlə qarşılaşmamışıq. Təkcə koronavirus məsələsi ilə bağlı deyil, ümumilikdə onların səhhətində hər hansı kiçik problem belə olsa, həmin gün o sürücü xəttə buraxılmır”.

M.Ağayev yaşı 65-dən yuxarı olan sürücülərin fəaliyyəti məsələsinə də toxunub. Qeyd edib ki, hazırda ictimai nəqliyyat idarə edənlər arasında yaşı 65-dən yuxarı olan sürücü yoxdur. 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date