Mais Ağayev: “Məhdudiyyətlərə baxmayaraq səhər və axşam müəyyən sıxlıq müşahidə olunur”

Mais Ağayev: “Məhdudiyyətlərə baxmayaraq səhər və axşam müəyyən sıxlıq müşahidə olunur”
# 10 aprel 2020 17:03 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobuslarda çox zaman sərnişinlərin ara məsafəsini saxlamaması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, o bildirib ki, bunun qarşısının alınması üçün maarifləndirmə işləri aparılır: “Hər gün əməkdaşlarla ərazidə oluruq, həmin vaxt sərnişinlərə tövsiyə edirik ki, ara məsafəsini qorumağa çalışsınlar. Ancaq buna riayət edən sərnişin azdır. Aprelin 1-i və sonrakı günlərdə səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ətrafında bir neçə dəfə sorğu aparmışıq. Söhbət zamanı kimisi övladının yanına, kimisi bəhanə gətirərək həkimə getdiyini deyir. Hələ də ciddi səbəb olmadan evdən çıxanlar var”.

M.Ağayev deyib ki, sərnişinlərin hərəkətində məhdudiyyətlərin qoyulmasına baxmayaraq, hələ də səhər və axşam saatlarında avtobuslarda və dayanacaqlarda müəyyən sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR