Makedoniyanın Beynəlxalq Vizyon Universiteti Azərbaycana dəstək verib

Makedoniyanın Beynəlxalq Vizyon Universiteti Azərbaycana dəstək verib
  • Clock-gray 10:46
  • calendar-gray 29 Oktyabr 2020

Ölkəmizə qarşı Ermənistanın apardığı hərbi münaqişə ilə bağlı UNEC-in rektoru, professor Ədalət Muradova tərəfdaş xarici universitetlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycana dəstək məktubları ünvanlanır.

UNEC-dən APA-ya bildirilib ki, Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, Prof.Dr. Fadıl Hocanın ünvanladığı məktubda Azərbaycan torpaqlarını 30 ildir, işğal altında tutan Ermənistanın ölkəmizdə mülki yaşayış yerlərində müdafiəsiz və məsum insanlara qarşı törətdiyi silahlı hücumu qətiyyətlə pislənərək, qınanılır. İşğalçı Ermənistana qarşı beynəlxalq və özünümüdafiə hüququ çərçivəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı müdafiə əməliyyatının tam dəstəkləndiyi bildirilir.

Prof.Dr Fadil Hoca Vizyon Universiteti adından şəhidlərimizə Allaha rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyib. Haqq-ədalətin bərpa olunaraq, Dağlıq Qarabağın  işğaldan azad ediləcəyindən və gerçək sahiblərinin tezliklə öz torpaqlarına qayıdacağından əminliyini ifadə edib.

apa-logo-mini

Digər xəbərlər