Mart ayından sonra YAŞAT Fondu tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulur

Mart ayından sonra YAŞAT Fondu tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulur
# 08 yanvar 2021 12:45 (UTC +04:00)

"Mart ayına qədər hələ ki, YAŞAT Fondu Vətən müharibəsində olan 2800-dən çox şəhid ailəsi, eyni zamanda yaralıların problemləri ilə məşğul olacaq".

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, mart ayından sonra isə Fond tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR