Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına başlanacaq

Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına başlanacaq
# 19 mart 2021 16:16 (UTC +04:00)

Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, Azərbaycanda indiyədək 500 mindən çox vaksin vurulub: "Bu günədək 50 yaş olan insanların vaksinasiyası həyata keçirilirdi. Növbəti həftənin 1-ci günündən başlayaraq yaşı 40-ın üzərində olan vətəndaşlarımız vaksinasiya prosesinə cəlb olunacaq. İri şəhərlərdə daha çox vaksinasiyaya önəm verəcəyik. Bakı-Sumqayıt-Abşeronda vaksinasiyanın daha sürətlə həyata keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Hamını vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR