Masallıda ilanlar yaşayış evinə hücum edib - FOTO

Masallıda ilanlar yaşayış evinə hücum edib - FOTO
# 01 iyun 2020 15:00 (UTC +04:00)

Masallı sakini evinə hücum etmiş 17 ilanı öldürüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əliheydər oğlu Əkbərova məxsus yaşayış evini ilanlar basıb. Zəhərli ilanların evə və həyətyanı sahəyə girməsindən ev sahibi və onun həyat yoldaşı çox narahatdırlar. Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər. Artıq 17 ilanı zərərsizləşdiriblər, ən iri ilanın uzunluğu 1.3 metrə çatır.

Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərovun sözlərinə görə, əvvəllər də həyətyanı sahədə ilanlar olub. İndi isə zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar.

Onun sözlərinə görə, bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib.

Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib və bu gün həyətdə dezinfeksiya işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR