Qazilərin yüksək texnologiyalı protezlərlə təmin olunması davam edir - FOTO

Qazilərin yüksək texnologiyalı protezlərlə təmin olunması davam edir - FOTO
# 03 mart 2021 11:57 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün media-tur təşkil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, media nümayəndələri Sumqayıt Reabilitasiya Mərkəzində qazilərlə bağlı aparılan reabilitasiya prosesini izləyiblər.

Bildirilib ki, Vətən müharibəsindən sonra 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib. Bundan başqa, qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb və artıq 15 hərbçi bu protezlərlə təmin edilib.

Qeyd olunub ki, müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR