Media nümayəndələri Zəngilanda ermənilərin işğal zamanı istismar etdiyi yataqda olublar

Media nümayəndələri Zəngilanda ermənilərin işğal zamanı istismar etdiyi yataqda olublar
# 07 aprel 2021 20:01 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Oxçuçay və Əhəng Dağında olublar.

APA-nın məlumatına görə, jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb: "Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. Yatağın ümumi ehtiyyatı 6618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb".

Ş.Ataşov qeyd edin ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb: "Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR