Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən çap və onlayn media barədə inzibati tədbirlər görəcək

Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən çap və onlayn media barədə inzibati tədbirlər görəcək
  • Clock-gray 19:49
  • calendar-gray 12 Yanvar 2021

Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib.

apa-logo-mini

Digər xəbərlər