Meyit donordan transplantasiya məqsədilə hansı orqan və toxumaların götürülə biləcəyi məlum olub

Meyit donordan transplantasiya məqsədilə hansı orqan və toxumaların götürülə biləcəyi məlum olub
# 01 iyun 2020 18:29 (UTC +04:00)

Meyit donordan transplantasiya məqsədilə götürülə biləcək orqan və toxumalar açıqlanıb.

APA-nın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR