Məhəbbət Vəliyevanın Təhsil nazirinin müavini vəzifəsindən çıxarılmasının səbəbi məlum olub - YENİLƏNİB

Məhəbbət Vəliyevanın Təhsil nazirinin müavini vəzifəsindən çıxarılmasının səbəbi məlum olub - YENİLƏNİB
# 01 fevral 2021 12:12 (UTC +04:00)

Məhəbbət Vəliyevanın Təhsil nazirinin müavini vəzifəsindən çıxarılmasının səbəbi məlum olub.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, M. Vəliyeva 25 dekabr 2020-ci il tarixindən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

***

11:23

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva işindən azad edilib.

APA-nın məlumatına görə, M.Vəliyevanın adı Nazirliyin strukturundan da çıxarılıb. Təhsil Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2015-2018-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Məhəbbət Vəliyeva 29 iyun 2018-ci ildən Təhsil nazirinin müavini təyin edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR