Məhkumlara elektron nəzarət vasitələrinə dair qərarda dəyişiklik olub

Məhkumlara elektron nəzarət vasitələrinə dair qərarda dəyişiklik olub
# 17 mart 2021 11:25 (UTC +04:00)

Baş nazir Əli Əsədov “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin elektron nəzarət vasitələrindən istifadəsi ilə bağlı məsələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” ilə müəyyən olunacaq.

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsinə üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR