Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək

Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
# 23 yanvar 2021 11:32 (UTC +04:00)

Milli Məclisin Əmək və sosial siyasət komitəsində sessiya müddətində 3 dinləmə keçirilməsi nəzərdə tutulur.

Bu barədə APA-ya Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Bu məsələlər komitənin 2021-ci il yaz sessiyası üçün iş planına daxil edilib. Komitədə aşağıdakı dinləmələrin keçirilməsi planlaşdırılır:

- Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində fəaliyyətlər, mövcud problemlər və onların aradan qaldırılması, xüsusilə qeyri-leqal məşğulluğun leqallaşdırılması yolları ilə bağlı dinləmə;

- Şəhid ailələri və əlilliyin olan şəxslərin sosial müdafiəsi, əlilliyin ekspertizası və onların sosial təminatlarının yaxşılaşdırılması problemləri ilə bağlı dinləmə;

- 31 may – Ümumdünya Tütünlə Mübarizə günü ilə əlaqədar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin aparılması ilə bağlı dinləmə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR