Millət vəkil: “Məişət zorakılığı ilə bağlı qanunda müəyyən yanaşmalar dəyişməlidir”

Millət vəkil: “Məişət zorakılığı ilə bağlı qanunda müəyyən yanaşmalar dəyişməlidir”
# 23 fevral 2021 13:42 (UTC +04:00)

“Təklif edirəm ki, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsi öz balansında olan qanunların təkmilləşdirilməsi ilə məşğul olsun”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, məişət zorakılığı ilə bağlı qanunda müəyyən yanaşmalar dəyişməlidir: “Dünya dövlətlərində bununla bağlı işlər aparılır, dinləmələr keçirilir. Türkiyədə zorakılıq törətmiş ailələr üçün müəyyən edilən cərimələr 100% həcmində qadına ödənilir. Azərbaycanda isə bu cərimə dövlətə ödənir. Bu da ailənin iqtisadi gücünə və qadının iqtisadi baxımdan səlahiyyətləndirilməsinə ciddi problem yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR