Millət vəkili: "Rayon və şəhərlərdə sərnişindaşıma bərbad vəziyyətdədir"

Millət vəkili: "Rayon və şəhərlərdə sərnişindaşıma bərbad vəziyyətdədir"
# 29 dekabr 2020 12:07 (UTC +04:00)

“Bakı Nəqliyyat Agentliyinin məlumatları istisna olmaqla ölkə üzrə avtobusa olan tələbat barədə heç bir sənəd yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İltizam Yusifov deyib.

Deputat bildirib ki, qanunlar 150 min əhalisi olan şəhər və rayonlarda iritutumlu avtobuslar əvəzinə, kiçik tutumlu sərnişindaşımaya icazə verir: “Bakıdan başqa ərazilərdə, şəhər və rayonlarda bu sahədə vəziyyət çox ağırdır. Pandemiyanın olduğu dövrdə rayon və şəhərlərdə sərnişindaşıma bərbad vəziyyətdədir. Sosial məsafə tələbinə riayət edilməsi sərnişindaşımada istifadə edilən avtobuslara görə mümkünsüz hala çevrilir. Bununla bağlı ciddi işlər görülməlidir. Özəl şirkətlərə bu sahədə fəaliyyət göstərməyə icazə vermirlər. Sovet dövründə yük daşımaq üçün istifadə edilən yük maşınları sonradan kustar üsulla sərnişindaşıma vasitəsinə çevrilib və bir çox rayonlarda bu vasitələrdən hələ də istifadə edilir. Yükdaşıma sahəsində vəziyyət daha acınacaqlıdır. Yollarımız ona görə sıradan çıxır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR