“Biz səhiyyənin maliyyələşdirilməsi ilə bağlı qanuna yenidən baxmalıyıq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Urud deyib.
Deputat Rəşad Mahmudov isə deyib ki, Azərbaycanda səhiyyə sisteminin fəaliyyətinə ən böyük əngəl yaradan koronavirusdur: “Xəstəxanaların ödədiyi vergilər arasında bu qədər fərqin olması gələcəkdə səhiyyə sisteminə əngəl yaradan amillərdən biri olacaq. Bu gün təkcə dövlət deyil, özəl xəstəxanaların da tibb personalı koronavirusla mübarizəyə cəlb edilib”.