Millət vəkili: "Vətən müharibəsi veteranlarının işlə təmin edilməsi üçün proqram hazırlanmalıdır”

Millət vəkili: "Vətən müharibəsi veteranlarının işlə təmin edilməsi üçün proqram hazırlanmalıdır”
# 25 dekabr 2020 16:16 (UTC +04:00)

“Vətən müharibəsinin çoxminli veteranları olacaq. Onların işlə təmin edilməsi üçün ciddi proqram hazırlanmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib.

F. Ağamalı deyib ki, bu ağır yükü reallaşdırmaq üçün Əmək və Sosial Müdafiə Nazirliyi xüsusi proqramın hazırlanması təşəbbüsü ilə çıxış etməli və bunun üçün vəsait ayrılmasına nail olmalıdır: “Qanunvericiliyə də biz dəyişiklik etməli və həmin Birinci Vətən müharibəsinin çoxminli veteranların dövlət və özəl sektorda işə götürülməsinə nail olmalıyıq”.

Millət vəkili qeyd edib ki, Birinci Vətən müharibəsində şəhid olanların ailələri və qazilər hələ də evlə, avtomobillə təmin olunurlar: “İkinci Vətən müharibəsində iştirak edənlərin və şəhid ailələrinin bəzilərinin ağır durumda olması barədə KİV-də məlumatlara rast gəlirik. Bu məsələlər də diqqət mərkəzində saxlanılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR