Mingəçevirdə əlverişsiz hava şəraiti fəsadlara yol açıb - FOTO

Mingəçevirdə əlverişsiz hava şəraiti fəsadlara yol açıb - FOTO
# 12 mart 2021 09:54 (UTC +04:00)

Havanın kəskin dəyişməsi Mingəçevirdə bir sıra fəsadlara yol açıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü külək və qar yağışı nəticəsində bir neçə küçədə iri gövdəli ağaclar kökündən qoparaq yola aşıb.

Küçələrdən birində yolun buz bağlaması nəticəsində yük avtomobili sürüşərək, elektrik dirəyinə çırpılıb.

Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR