Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi qurulub

Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi qurulub
  • Clock-gray 15:38
  • calendar-gray 10 Mart 2021

Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq bağçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur. 

Piyada keçidinin təşkili nəticəsində:

Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;

İnşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;

Svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.

Sail Ağasəlim

Digər xəbərlər