Sabiq rektor Mirdaməd Sadıqov vəfat edib

Sabiq rektor Mirdaməd Sadıqov vəfat edib
# 19 yanvar 2021 16:28 (UTC +04:00)

İsmayıllı rayonunun sabiq icra başçısı Mirdaməd Sadıqov vəfat edib.

APA-nın məlumatına görə, bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən M.Sadıqov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M. Sadıqov 1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.

M. Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Vəfat edənə qədər UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR