Mirşahin Ağayev koronavirusa yoluxub

Mirşahin Ağayev koronavirusa yoluxub
# 06 iyul 2020 12:10 (UTC +04:00)

“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR