Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru seçilib

Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru seçilib
  • Clock-gray 16:06
  • calendar-gray 05 Aprel 2021

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında AMEA- Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib. 

AMEA-dan APA-ya verilən xəbərə görə, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci   il   tarixli  qərarına  müvafiq  olaraq,  adıçəkilən  vəzifəyə  AMEA-nın  müxbir  üzvü  Misir Mərdanovun  namizədliyi irəli sürülüb. 

Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəllimi, dosenti, dekan müavini, tədris işləri üzrə prorektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Misir  Mərdanovun 1996-cı ildən  Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti,  Türk dünyası Riyaziyyat  Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied   Mathematics”jurnallarının   redaksiya   heyətinin   üzvü,   “Riyaziyyat   və   Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktorudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə   təltif   olunub.   Eyni   zamanda,   Azərbaycan   və   Dağıstan   respublikalarının   əməkdar   elm xadimidir”. 

Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri  tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib. 

Açıq   səsvermə   ilə  AMEA-nın  müxbir  üzvü  Misir  Mərdanov  AMEA-nın  Riyaziyyat  və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

apa-logo-mini

Digər xəbərlər