Məişət zorakılığından zərər çəkənlər üçün peşə hazırlığı kursları təşkil ediləcək

Məişət zorakılığından zərər çəkənlər üçün peşə hazırlığı kursları təşkil ediləcək
# 27 noyabr 2020 18:32 (UTC +04:00)

Məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə onlar üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.

Fəaliyyət Planına əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə onlar üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkili və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində tədbirlər görülməsi mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR