Məişət zorakılığından zərər çəkənlər üçün psixoloji korreksiya kursu təşkil ediləcək

Məişət zorakılığından zərər çəkənlər üçün psixoloji korreksiya kursu təşkil ediləcək
# 22 fevral 2020 20:35 (UTC +04:00)

Nazirlər Kabineti “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, yardım mərkəzləri məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır.

Dəyişikliyə əsasən, yardım mərkəzlərinin fəaliyyət istiqamətləri sırasına zərər çəkmiş şəxslər üçün psixoloji korreksiya kursu təşkil etmək də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR