Məleykə Abbaszadə: "500-dən aşağı bal toplayanların hüquq ixtisasına qəbul olma şansı azdır"

Məleykə Abbaszadə: "500-dən aşağı bal toplayanların hüquq ixtisasına qəbul olma şansı azdır"
# 11 sentyabr 2020 12:43 (UTC +04:00)

“500-dən aşağı bal toplayanların hüquq ixtisasına qəbul olma şansı azdır. Naxçıvan Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyası və ADA-da da hüquq fakültələri var”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ən yüksək keçid balı ingilis dilində olan hüquq fakültəsindədir: “BDU-da hüquqşünas ixtisası üçün 20 qiyabi, 300 əyani yer var. III qrup üzrə 620-dən yuxarı bal toplayan 308 nəfər var, ehtimal yüksəkdir ki, onlar hüquqa daxil olsunlar. Bir məsələ də budur ki, DTX-nın Akademiyası və Polis Akademiyasına III qrupda kifayət qədər qəbul olan var, ötən il keçid balları 500 baldan yuxarı olub. III qrupda 610 baldan yuxarı bal toplayan 406 nəfər, 600 baldan yuxarı bal qazanan 555 nəfər var. Hər halda 600 baldan yuxarı nəticə göstərən hər kəsin hüquqşünaslığa dövlət sifarişli yerlərə qəbul olmaq şansı var”.

M. Abbaszadə bildirib ki, Polis Akademiyasına qəbul üçün imtahanlarda iştirak edib qəbul olanların əmrləri artıq göndərilib. Ona görə də ixtisas seçimi müsabiqəsində iştirak etmirlər. Bu, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul olan abituriyentlərə də aiddir. Eyni zamanda Moskva Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olanlar da ümumi müsabiqədən çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR