Məleykə Abbaszadə: “Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub”

Məleykə Abbaszadə: “Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub”
  • Clock-gray 14:25
  • calendar-gray 14 Yanvar 2021

“Bir il ərzində nəzarətçi müəllimlər sertifikatlaşdırılmadan keçirilib”. 

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, nəzarətçilərin qiymətləndirilmə meyarlarına gəldikdə, həmin nəzarətçilər son 10 il ərzində mütəmadi imtahanlarda iştirak edən, nəzarət etdikləri otaqlarda imtahanlar zamanı köçürmə halı aşkarlanmayan, qeyri-kafi qiymət almayan və yekun qiyməti 4 olan (hər bir nəzarətçi müəllimin işi imtahan rəhbəri protokolunda qiymətləndirir), ən azı 15, son 2 il ən azı 3 qəbul imtahanında iştirak edən müəllimlərdir. Belə kriteriyalara uyğun gələrək təşəkkürnamə alan nəzarətçilər 80 rayon və şəhərdə seçilib. Bu nəzarətçilərlə bağlı məlumat məktəblərə, təhsil şöbələri və Təhsil Nazirliyinə göndərilir: “Təltif olunan nəzarətçilər arasında fəxri fərmana layiq görülən 38 müəllimdir. Həmin müəllimlərin son 5 ildə fəaliyyəti yüksək qiymətləndirilib, ən azı 25 imtahanda iştirak edib. 600-dən yuxarı bal toplayan şagirdlər həmin nəzarətçilərin fəaliyyətini yüksək qiymətləndirib. 12 il ərzində 363 belə müəllim təltif olunub. Ötən ilki imtahanlarda iştirak edən 50 nəzarətçi müəllim Vətən Müharibəsində də iştirak ediblər. Onlar müəllimlik borcunu yerini yetirdikdən sonra cəbhədə vuruşublar.  4 nəfər nəzarətçi-müəllim – İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğlu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin”. 

M. Abbaszadə qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1178 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 38 nəzarətçi-müəllim, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar da göndərilib.

 

Günay Elşadqızı

Digər xəbərlər