Monitorinqlər zamanı ictimai iaşə obyektlərində 164, mehmanxanalarda 18 nöqsan aşkarlanıb

Monitorinqlər zamanı ictimai iaşə obyektlərində 164, mehmanxanalarda 18 nöqsan aşkarlanıb
# 03 noyabr 2020 11:09 (UTC +04:00)

26.10.2020-01.11.2020-ci il tarixlərində ölkə üzrə ictimai iaşə obyektlərində 3992 və mehmanxanalarda 419 monitorinq keçirilib. Keçirilmiş monitorinqlər zamanı ictimai iaşə obyektlərində 164 nöqsan, mehmanxanalarda isə 18 nöqsan aşkar olunub.

APA xəbər verir ki, bu barədə Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, ictimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 80 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 14 faizi isə tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür.

Mehmanxanalarda aşkar olunmuş nöqsanların 50 faizi işçilərin iş prosesində xidmət sahəsinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə edilməsi (maska, üz sipəri, əlcək və s.), 33 faizi isə mehmanxanaların ictimai iaşə zonalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməsi, obyektlərinin qarşısında (girişində) həmin obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normalarının əks olunduğu xüsusi lövhələrin girişdə hər kəsin görə biləcəyi yerdə olması ilə bağlı tələbə riayət olunmamasının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR