Moskvada yaşayan azərbaycanlı jurnalist vəfat edib

Moskvada yaşayan azərbaycanlı jurnalist vəfat edib
# 17 mart 2021 23:44 (UTC +04:00)

Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan “Azərbaycan və Moskva Araz Axundovun gözü ilə” adlı ilk şəxsi sərgisi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR