Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib

Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib
# 14 yanvar 2021 11:00 (UTC +04:00)

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Bankdan APA-ya verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

Bankın vətəndaşlara müraciətində deyilir: “Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”

Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR