Mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlar qəbul edərkən Nazirlər Kabinetinin aktlarına əsaslanacaq

Mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlar qəbul edərkən Nazirlər Kabinetinin aktlarına əsaslanacaq
# 15 yanvar 2021 14:59 (UTC +04:00)

Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda)) da əlavə olunmalıdır.

Qüvvədə olan qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. Layihəyə əsasən, artıq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Nazirlər Kabinetinin aktına əsasən də qəbul edilə bilər. Başqa sözlə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktı, habelə Konstitusiyadan, referendum aktlarından, Azərbaycan qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR