Məşhur parfümer Bakıda master-klass keçib - FOTO - VİDEO

Məşhur parfümer Bakıda master-klass keçib  - FOTO - VİDEO
  • Clock-gray 12:03
  • calendar-gray 10 Dekabr 2019

Dekabrın 4-də CPL Aromas şirkətinin global parfümeri Kristian Provenzano Rijaal Parfums şirkətinin dəvəti ilə Bakıda master-klass keçib.

APA-nın xəbərinə görə, təlimdə xarici parfüm şirkətinin nümayəndələri ilə yanaşı, ölkənin ən qabaqcıl ətriyyatçıları da iştirak ediblər.

Master-klassda ətirlər haqqında, onların tərkibi, ətirlərin ən son yenilikləri ilə bağlı məlumat verilib.

Kristian Provenzano maraqlı məlumat və yeniliklərlə iştirakçıları məlumatlandırıb.

Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, CPL Aromas şirkətinin global parfümeri Kristian Provenzano 2016-cı ildən fəaliyyətə başlayan Rijaal Parfums şirkəti ilə uzunmüddətli əməkdaşlıq edir. Rijaal Parfums şirkəti ətir bazarının ən keyfiyyətli məhsullarının satışı və yüksək səviyyədə xidməti ilə açıq parfüm satışının ilklərindəndir.

Kristian Provenzano 1953-cü ildə Mərakeşin Kasablanka şəhərində italyan ailəsində dünyaya gəlib. O, 1971-ci ildə Amsterdamda Maschmeijer Aromatics şirkətində laborant olaraq çalışmağa başlayıb. Parfümerlər məktəbini bitirdikdən sonra Maschmeijer Aromatics şirkətində parfümer vəzifəsində çalışıb. 1974-cü ildə o İngiltərəyə köçüb və Zimmermann & Hobbs şirkətində çalışıb. CPL Aromas şirkətində isə öz karyerasına 1989-cu ildə baş parfümer vəzifəsində başlayıb. O CPL Aromas şirkətinin qlobal direktoru təyin olunub. Kristian Provenzano məşhur Agent Provocateur, Jasper Conran, Pearl Oud By Kilian, C for Men Woody Leather, Clive Cristian ətirlərinin ərsəyə gəlməsi üzərində çalışıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date