Mübariz Qurbanlı "Əbu Bəkr" məscidinin açılmasına dair məlumatlara aydınlıq gətirib

Mübariz Qurbanlı "Əbu Bəkr" məscidinin açılmasına dair məlumatlara aydınlıq gətirib
# 14 yanvar 2020 19:31 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Əbu Bəkr" məscidinin açılması məsələsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Komitə sədri bildirib ki, "Əbu Bəkr" məscidində təmir işlərinə ehtiyac var: "Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid indiki şəraitdə fəaliyyət göstərmir. Texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturu ilə birgə məsələ müzakirə olunaraq qərar qəbul ediləcək. Məscidin açılışı təmir işlərinin başa çatmasından asılıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR