Mübariz Qurbanlı ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Mübariz Qurbanlı ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb
# 04 fevral 2021 17:14 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer ilə görüşüb.

Komitədən APA-ya verilən mılumata görə, Dövlət Komitəsinin sədri bildirib ki, tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Bu dəyərlərin, eləcə də Azərbaycan ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında yəhudi icmalarının özünəməxsus yeri olduğunu qeyd edən Komitə sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində yəhudi vətəndaşlarımız da iştirak edərək digər dinlərin nümayəndələri ilə birgə həmrəylik göstəriblər.

Öz növbəsində ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmalarına xüsusi diqqət və qayğının olduğunu söyləyən M.Şnayer etnik müxtəliflik, multikultural mühitə görə Azərbaycanın onlar üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin dünya miqyasında yüz illər ərzində tolerantlıq və dözümlülüyün hökm sürdüyü nümunəvi ölkədir. Qonaq vurğulayıb ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsidir ki, burada yaşayan yəhudi və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, bu gün də güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında iştirak edirlər.

ABŞ-ın NBC kanalında hər həftə ravvin kimi çıxışlar etdiyini deyən Mark Şnayer bu gün edəcəyi çıxışında Azərbaycana etdiyi səfərdən, görüşlərdən və buradakı tolerantlıq, birgəyaşayış mühitindən bəhs edəcəyini də diqqətə çatdırıb.

Görüşün sonunda qonağa DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən kitablar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR