Müdafiə naziri TƏBİB-in döyüşlərdə iştirak edən əməkdaşlarını təltif edib

Müdafiə naziri TƏBİB-in döyüşlərdə iştirak edən əməkdaşlarını təltif edib
# 08 dekabr 2020 14:34 (UTC +04:00)

TƏBİB-in döyüşlərdə iştirak edən əməkdaşları müdafiə naziri tərəfindən təltif olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev və TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz təmin olunmasına, yaralılara tibbi yardımın təşkilinə, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla layiqli təminatına töhfə verdiklərinə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR