Müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı büdcə xərclərinin təsnifatı dəyişib

Müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı büdcə xərclərinin təsnifatı dəyişib
# 31 mart 2021 19:42 (UTC +04:00)

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə verilən təqaüd büdcə xərclərinin iqtisadi təsnifatına daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib.

“Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”də də müvafiq dəyişiklik olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR