Müəllim olmaq istəyən 3330 namizəd üçün imtahan keçirilir

Müəllim olmaq istəyən 3330 namizəd üçün imtahan keçirilir
# 02 sentyabr 2020 10:19 (UTC +04:00)

Bu gün riyaziyyat fənni üzrə test imtahanları keçirilir. İmtahanlarda 3330 namizədin iştirakı nəzərdə tutulur.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR