Müəllimlər dərs vaxtı maskadan əlavə üz sipərindən də istifadə edəcək

Müəllimlər dərs vaxtı maskadan əlavə üz sipərindən də istifadə edəcək
# 11 sentyabr 2020 16:32 (UTC +04:00)

"Təhsilalanların maska taxması onların valideynlərinin istəyindən asılı olacaq".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, digər məktəbə daxil olanlar, müəllimlər, məktəb heyəti mütləq maskadan istifadə etməlidir: "Müəllimlər dərs vaxtı maskadan əlavə, üz sipərindən də istifadə edəcək, onlara üz sipəri veriləcək".

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində maska taxmaq məcburi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR