Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə bilməyəcəyi açıqlanıb

Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
# 29 may 2020 13:42 (UTC +04:00)

Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə bilməyəcəyi açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, daimiləşmə müsabiqəsində uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Qeyd edək ki, iyunun 1-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR