Müəllimlərin yerdəyişmə müsabiqəsinin detalları açıqlanıb

Müəllimlərin yerdəyişmə müsabiqəsinin detalları açıqlanıb
  • Clock-gray 13:35
  • calendar-gray 29 May 2020

Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə biləcəyi açıqlanıb. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər bu müsabiqədə iştirak edə bilərlər.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.

Müsabiqə  bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək. Qeydiyyat başa çatdıqdan sonra elektron yerləşdirmə zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

Namizəd elektron qeydiyyatdan keçərkən yalnız öz ixtisasına uyğun olaraq vakansiyalarla tanış olub 4 vakant yer seçim edə biləcək.

Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.

Elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir. 

Günay Elşadqızı

Digər xəbərlər