Mustafa Abbasbəyli: "2021-ci ildə 16 min şəxs özünüməşğulluq proqramına cəlb ediləcək"

Mustafa Abbasbəyli: "2021-ci ildə 16 min şəxs özünüməşğulluq proqramına cəlb ediləcək"
# 29 yanvar 2021 10:59 (UTC +04:00)

"2021-ci ildə 16 min şəxs özünüməşğulluq proqramına cəlb ediləcək".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

O, Proqramın genişləndirilməsi işlərində Dünya Bankı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, kommersiya bankları, BMT-nin İnkişaf proqramı ilə əməkdaşlığın davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, 2021-ci ildə İSO standartlarına uyğun 3 min mütəxəssis hazırlığı nəzərdə tutulub.

Tədbirdə möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailələrinin, qazilərimizin aktiv məşğulluq proqramları çərçivəsində də sosial dəstəklə təmin olunduqları vurğulanıb. Həmin kateqoriyalardan olan 2000 şəxsin məşğulluq proqramlarına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, onlardan 1700-dən çox şəxs özünüməşğulluq proqramına, 254 nəfər haqqı ödənilən ictimai işlərə, 35 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR