NK: GİS əsasında ölkənin şəhər və rayonlarının sərhədlərini özündə əks etdirən elektron baza yaradılıb

NK: GİS əsasında ölkənin şəhər və rayonlarının sərhədlərini özündə əks etdirən elektron baza yaradılıb
# 23 oktyabr 2020 14:55 (UTC +04:00)

GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.

Həmçinin məlumatda qeyd edilib ki, respublikanın bütün şəhər və rayonları üzrə 4 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR