NK abilitasiya ilə bağlı qərarın məqsədinə aydınlıq gətirib

NK abilitasiya ilə bağlı qərarın məqsədinə aydınlıq gətirib
  • Clock-gray 21:16
  • calendar-gray 05 Yanvar 2021

Abilitasiyanın məqsədi anadangəlmə və ya uşaqlığın erkən dövrlərində sağlamlıq imkanlarının məhdudlaşması ilə əlaqədar həyat fəaliyyətinin əsas kateqoriyalarından hər hansı biri və ya bir neçəsi üzrə bacarıqlara malik olmayan şəxslərə bu bacarıqların qismən və ya tam öyrədilməsi, onların mövcud potensialının düzgün dəyərləndirilərək cəmiyyətə fəal inteqrasiyasına təkan verilməsi, eləcə də cəmiyyətin həyatında tam və səmərəli iştirak etmək imkanlarının artırılmasıdır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”nın təsdiq edilməsi barədə” qərarına verdiyi izahda qeyd edilib. 

İzahda bildirilib ki, qaydalarda abilitasiya tədbirlərinin hazırlanması və həyata keçirilməsinə əks olunub. 

Əlilliyi olan şəxsin əlilliyinin müəyyən edilməsi tarixindən 10 iş günü müddətində abilitasiya tədbirlərinin hazırlanması vaxtı həmçinin yeri müəyyən olunur və 2 iş günü ərzində  tərtib edilir. Əlillyi olan şəxs abilitasiya tədbirlərinin hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır.

Abilitasiya tədbirlərinin hazırlanması zamanı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.

Müəyyən edilmiş abilitasiya tədbirlərinin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə  altı ayda bir dəfə TSEK tərəfindən abilitasiya tədbirlərinə yenidən baxılır.

Abilitasiya tədbirlərinin yerinə yetirilməsi müddəti əlilliyi olan şəxsin sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edilir.

Abilitasiya tədbirləri əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılmasını təmin edəcək.

Firuzə Vahid

Digər xəbərlər