NK terrorçuluğun maliyyələşdirilməsinə qarşı koordinasiya mexanizminin yaradılmasına dair tədbirlər haqqında qərar verib

NK terrorçuluğun maliyyələşdirilməsinə qarşı koordinasiya mexanizminin yaradılmasına dair tədbirlər haqqında qərar verib
# 21 oktyabr 2020 20:02 (UTC +04:00)

Nazirlər Kabineti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsi həyata keçiriləcək.

Milli risk qiymətləndirilməsi seçilmiş metodologiya əsasında milli səviyyədə PL/TMM sisteminə yönəlmiş təhdidlərin və bu mübarizə sistemində mövcud olan zəifliklərin aşkar edilməsi, həmin risklərə (təhdid və zəifliklərə) uyğun olaraq institusional, sahəvi və milli səviyyədə taktiki və strateji hədəflərin müəyyən edilməsi, eləcə də zəifliklərin aradan qaldırılması və təhdidlərin azaldılması üzrə görülən tədbirlərdən ibarətdir. Milli risk qiymətləndirilməsi PL/TMM sistemi üzrə institusional və müəyyən sahə üzrə risk qiymətləndirmələrinin nəticələrinə əsaslanmaqla aparılır.

Milli risk qiymətləndirilməsinin həyata keçirilməsi risk əsaslı yanaşmanın tətbiqi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) üzrə yüksək risklərin nəzarətdə saxlanılması, idarə olunması və ya aradan qaldırılması üçün dövlət orqanlarının (qurumlarının), habelə monitorinq iştirak- çılarının və monitorinqdə iştirak edən digər şəxslərin fəaliyyət və öhdəliklərinin bu risklərin səviyyəsinə uyğunlaşdırılması, xüsusilə son nəticədə strateji səviyyədə həyata keçirilmiş tədbirlərin aşkar edilmiş risklərə uyğunluğunun və bu mübarizədə sərf olunan resursların (inzibati, hüquqi, iqtisadi-maliyyə) effektiv bölgüsünün təmin edilməsi məqsədini daşıyır.

Qərara əsasən, milli risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Koordinasiya Şurası yaradılıb:

Koordinasiya Şurasının rəhbəri

- Baş Nazirinin müavini

Koordinasiya Şurasının üzvləri:

- İqtisadiyyat nazirinin müavini - Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri,

- Xarici İşlər nazirinin müavini

- Ədliyyə nazirinin müavini

- Daxili İşlər nazirinin müavini

- Maliyyə nazirinin müavini

- Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

- Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini

- Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

- Dövlət Gömrük Komitəsinin sədrinin müavini

- Dövlət Statistika Komitəsinin sədrinin müavini

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini

- Mərkəzi Bankının sədrinin müavini və ya Mərkəzi Bankın Baş direktoru

Ali Məhkəməyə, Baş Prokurorluğa, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə, Auditorlar Palatasına, Milli Depozit Mərkəzinə, Azərbaycan Banklar Assosiasiyasına, Azərbaycan Sığortaçılar Assosiasiyasına və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına öz nümayəndələrinin Koordinasiya Şurasına təqdim olunması tövsiyə edilib. Həmin dövlət orqanları (qurumları) və digər təşkilatlar Koordinasiya Şurasında iştirak edəcək nümayəndələri barədə məlumatı 5 iş günü müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı katiblik funksiyası Maliyyə Monitorinqi Xidmətinə həvalə edilib .

Koordinasiya Şurası:

- İqtisadiyyat Nazirliyinin təklifləri əsasında milli risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün zəruri olan metodologiyanı müəyyən edir;

- müəyyən edilmiş metodologiyaya uyğun olaraq milli və sahəvi təhdidlərin və zəifliklərin aşkar edilməsi məqsədilə işçi qruplar yaradır və onların fəaliyyətinə nəzarət edir;

- milli risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsə- dilə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir;

- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun nəzərdə tutulmuş monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin milli risk qiymətləndirilməsinə cəlb edilməsini təmin edir;

- zəruri statistik və digər məlumatların milli risk qiymətlən- dirilməsinin həyata keçirilməsi məqsədilə yaradılmış aidiyyəti işçi qruplara və Koordinasiya Şurasının katibliyinə təqdim edilməsini təmin etmək məqsədilə tədbirlər görür;

- milli risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə digər məsələləri həll edir.

İqtisadiyyat Nazirliyi:

- milli risk qiymətləndirilməsinin nəticələrinə dair hazır- lanmış hesabat dərc edir və müəyyən edilmiş risklər barədə aidiyyəti dövlət orqanlarını (qurumlarını), Qanunla müəyyən edilmiş nəzarət orqanlarını, monitorinq iştirakçılarını və monitorinqdə iştirak edən digər şəxsləri məlumatlandırır;

- milli risk qiymətləndirilməsinin nəticələri üzrə işçi qruplar tərəfindən müəyyən edilmiş risklərin azaldılması istiqamətindəki hədəfləri taktiki və strateji hədəflər formasında qruplaşdırır, taktiki hədəflərin qısa müddətdə icrasının təmin edilməsi və strateji hədəflərin icrası üçün milli fəaliyyət planının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

- Qanunda nəzərdə tutulmuş nəzarət orqanları nəzarət etdikləri monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə illik əsasla apardıqları sahə risk qiymətləndirilməsinin nəticəsi barədə məlumatı 9 ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim edirlər. Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Baş Prokurorluq ilə birlikdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına münasibətdə əsas təhdid doğuran cinayətlər üzrə illik əsasla risk qiymətləndirilməsi aparır və nəticəsi barədə məlumatı 6 ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim edirlər. Aşağıdakı dövlət orqanları (qurumları) bu qərarda nəzərdə tutulmuş milli risk qiymətləndirilməsi metodo logiyasına uyğun olaraq 2020-2021-ci illərdə həyata keçirilməsi planlaşdırılan milli risk qiymətləndirilməsi çərçivəsində PL/TM risklərinin, trendlərinin və tipologiyalarının müəyyən edilməsi üçün strateji təhlillər aparsın və təhlil məlumatlarını 9 (doqquz) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etməlidir:

- İqtisadiyyat Nazirliyi - ölkədə fəaliyyət göstərən hüquqi şəxslərdən və dövlət reyestrində qeydiyyatda olan daşınmaz əmlakdan PL/TM məqsədləri üçün istifadəyə, habelə dövlət satınalmalarında qeyri-qanuni halların müəyyən edilməsinə dair;

- Daxili İşlər Nazirliyi - Azərbaycan Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələ- rindən PL/TM məqsədləri üçün istifadəyə dair;

- Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidməti - idxal-ixrac əməliyyatlarında PL/TM hallarına dair;

- Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti - potensial terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi hallarına dair.

Baş Prokurorluğa tövsiyə edilib ki, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə PL/TMM sisteminin risk qiymətləndirilməsi məqsədilə cinayət işlərinə dair statistik məlumatların mərkəzləşdirilmiş qaydada yığılmasının təkmilləşdirilməsi barədə təkliflərini 3 ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin. Mərkəzi Banka tövsiyə edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə tədiyə balansı üzrə valyuta sərvətlərinin axınlarına, kölgə iqtisadiyyatı və nağd pul əməliyyatlarının səbəb olduğu PL/TM-ə dair risk faktorlarına, habelə bank xidmətlərinə və resurslarına maliyyə əlçatanlığının səviyyəsinə dair strateji təhlillər aparsın və təhlil məlumatlarını 9 ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin. Milli Depozit Mərkəzinə tövsiyə edilib ki, qiymətli kağızlardan PL/TM sahəsində qeyri-qanuni məqsədlər üçün istifadəyə dair strateji araşdırma və təhlillər aparsın, nəticəsi barədə məlumatı 6 ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin.

Azərbaycan Respublikasının Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq V raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi məqsədilə Koordinasiya Şurası:

- İqtisadiyyat Nazirliyi tərə findən hazırlanmış Azərbaycan Respublikası qanunvericiliyinin PL/TMM sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması istiqa- mətində təkliflərin təqdim edildiyi tarixdən 3 (üç) ay müddətində razılaşdırılmasını təmin etsin və müvafiq layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- beynəlxalq standartlar və təcrübələr əsas götürülməklə, Azərbaycan Respublikasının PL/TMM sisteminin effektivliyinin artırılmasına dair tədbirlər planını 3 (üç) ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə razılaşdırmaqla təsdiq etsin.

Müəyyən edilib ki:

- bu Qərarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə məhkəmə və hüquq mühafizə orqanları, qanunda nəzərdə tutulmuş nəzarət orqanları, gömrük orqanı, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ilə müsahibələr təşkil edilə və sorğular keçirilə bilər;

- bu Qərarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar, elmi müəssisələr və ictimai birliklər cəlb oluna bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR