NK: 463 nömrəli Qərar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının qorunmasına xidmət edir

NK: 463 nömrəli Qərar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının qorunmasına xidmət edir
# 05 dekabr 2019 11:37 (UTC +04:00)

Nazirlər Kabineti 463 nömrəli Qərarla bağlı izahat açıqlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, izahatda qeyd olunur ki, Nazirlər Kabinetinin 463 nömrəli Qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.

“Belə ki, Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə-tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.

Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”, - deyə izahatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR